Haqqımızda

Decoration

Haqqımızda qısa məlumat

Yüksək zövq və klassik təmtərağın incə nümunəsi, arzuların xoşbəxtliklə qovuşduğu “Böyük Saray” premium klass tədbirlər kompleksidir.

O, müasirləşdikcə ənənələri qoruyan, klassik dəbdəbənin ən yeni standartlar və yüksək xidmət göstəriciləri ilə vəhdətini əks etdirən unikal memarlıq nümunəsidir. “Böyük Saray” paytaxt təmtərağının qızıl medalyonu, incə hiss və düşüncələrin kəsişdiyi, zərif zövq və nəfis duyğuların təzahürü olan bir məkandır. Burada müştərilərin istənilən arzusu gerçəkliklə qovuşur. “Böyük Saray” yeni texnologiyalar sayəsində tikilmiş, klassik təmtərağın günümüzdə olan yeni canlanmasıdır. Onu tam əminliklə dövrün tələblərinə uyğun texnika ilə təchiz edilmiş və böyük səhnə ilə təchiz edilmiş incəsənət əsəri adlandırmaq olar. 2000 nəfəri eyni anda qəbul edəcək möhtəşəm zalımızda tədbirlərinizin bənzərsiz olacağına “Böyük Saray” zəmanət verir.