BÖYÜK SARAY MÖHTƏŞƏM AÇILIŞ

  • wedding shoes
  • Giving love
  • Wedding table
  • Wedding table
  • Wedding table
  • Wedding table
  • Wedding table
  • Wedding table
  • Wedding table
Nəhayət ki, açılış baş tutdu: noyabrın 6-da Böyük Saray elit restoranının möhtəşəm açılış mərasimi oldu. Restoran rəhbərliyi açılış mərasimində iştirak edən qonaqlara, əvvəlcədən söz verildiyi kimi, unudulmaz bir gecə yaşatmış oldu. Sözsüz ki, gecənin əsas bəzəyi türk səhnəsinin ulduzu Sibel Can idi. Noyabrın 6-sı səhər-səhər Bakıya təşrif buyuran sənətçi İnstagram səhifəsindəki minlərlə izləyicisini yerləşdiyi otelin eyvanından çəkdiyi Dənizkənarı bulvarın gözəl görüntüləriylə həyəcanlandırmış oldu. Görüntülərə gözəl sənətçi Ələkbər Tağıyevin musiqisini əlavə etmişdi. Ulduzun konsertinə bilet almış, sadəcə, 1000 şanslı izləyici isə onun Bakıya gəlişinin əsl səbəbini bilirdi. Konsert böyük bir uğurla baş tutdu. Möhtəşəm səhnə, iri zalın akustikasının köməyilə müğənni sənətkarlığını bir daha sübut etmiş oldu. Sibel Can özünün İkisaatlıq fasiləsiz ifasına yalnız onu sevən dinləyiciləriylə ünsiyyət üçün ara verirdi. Onu da qeyd edək ki, restoranın açılış mərasimi həm gözəl konsert, həm də unudulmaz teatralizə edilmiş quruluşla yadda qaldı. Mərasim, doğrudan da, krallara layiq idi. Foyedə qonaqları Yuliy Sezar, Makedoniyalı İskəndər, Teymurləng, Kleopatra, Birinci Pyotr, İngiltərə kraliçası Yelizaveta qarşılayırdı. Mumdan hazırlanmış figurlar orijinallarına bənzərliyilə insanları valeh edirdi. Bütün bunları isə orta əsr saray libaslarında olan musiqiçilər, təlxəklər və janqlyorlar tamamlayırdı. Burada həm də konserti açmış olan milli rəqsimizin gözəl ifaçıları da var idi. Müğənni ifasını tamamladıqdan sonra restoran rəhbərliyi ona minnətdarlığını bildirərək, böyük bir çiçək səbəti təqdim etmiş oldu. Sonra isə möhtəşəm Böyük Saray restoranının açılışı elan olundu.

YENİLİKLƏR

Böyük Saray texniki, yaradıcılıq və xidmət baxımdan maksimal dərəcədə müştəri və onun arzularına əsaslanır. ƏTRAFLI



  • facebook
  • instagram
  • vimeo
  • rss

YERLƏŞMƏ

BÖYÜK SARAY